AZ

Teymur Musayev əmr imzaladı

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.

Publik.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.

2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək “İmmunlaşdırma həftəsi” çərçivəsində bütün şəhər və rayonlarda hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan regionlarda monitorinqlərin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
16
Mənbələr
Şərh ()
Bağla