AZ

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”. 

Qlobal.net sfera.az-a istinadla bildirir ki, bunu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 

O, tədqiqat aparan zaman görüşdüyü bir məhbusla bağlı xatirəsini də bölüşüb. 

“Həmin adam anasını öldürmüşdü. Öldürdükən sonra isə gedib yerində saatlarla sakitcə uzanmışdı. Hadisəyə təkən verən səbəb xalasının bir sözü olmuşdu. Hadisədən bir il əvvəl xalası, “Get, əxlaqsız ananın dərdini çək” demişdi. Oğlanın yaxşı ailəsi var idi, atası və anası birgə yaşayırdı. Bir il sonra xala yenə oğlana eyni ifadəni işlətmişdi. Oğlan bu sözdən sonra evə gəlib anasını qətlə yetirmişdi. Yəni sadəcə kiminsə ehtiyatsız, biganə və yaxud eyham dolu sözləri qətl üçün təkanverici bir səbəbə çevrilə bilər”. 

M.Zeynalova qeyd edib ki, insanlar sözlərdən istifadə edən zaman ehtiyatlı olmalıdırlar: “Qarşımızdakı şəxsin həmin an və ya bu və digər səbəbdən müəyyən dövr ərzində şüurunda ilişib qalmış hadisə, söz, inciklik, psixikasına təsir edən istənilən təzyiq onun qatil olması ilə nəticələnə bilir. Bu, bir andır. Həmin an kiminsə davranışında hiss etmədiyimiz, sözlə ifadə etmədiyi bir dəyişiklik faciə ilə nəticələnə bilir. Bütün qətillərin arxasında planlama dayanmır”. 

Qeyd edək ki, aprelin 19-u saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir. 

O, polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Seçilən
144
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1465
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1056
Bu yol qovşağında təmir işləri aparılacaq
684
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
443
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
406
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
378
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
345
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
328
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
309
Çingiz Mustafayevin toyudur - FOTOLAR
269
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
264
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
244
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
202
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
194
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
158
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
107
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
104