AZ

Narkotik istifadə etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq

Tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən olunmuş şəxslər vergi orqanlarında xidmətə qəbul oluna bilməz.

Valyuta.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Seçilən
45
7
Mənbələr
Şərh ()
Bağla