AZ

"Şagirdlər ağır dərs yükünün altında əzilirlər"

Polşada orta məktəblərdə şagirdlər üçün məcburi ev tapşırıqları ləğv edilib. Qanuna əsasən 1-3-cü sinif şagirdləri ev tapşırığından azad edilir, 4-8-ci siniflər üçün isə ev tapşırığı məcburi hesab edilmir.

 

Bu üsulun ölkəmizdə tətbiqinə ehtiyac varmı?

 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov AzEdu.az-a danışıb:

 

Ekspert bildirib ki, ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır:

 

“Təhsil sahəsində islahat proqramlarının əsas məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir. Amma etiraf edək ki, bir çox hallarda bu mümkün olmur. Bunun əsas səbəbi təhsilalanların hədsiz dərəcədə yüklənməsidir.

 

Tədris proqramında müvafiq elm sahəsinin nailiyyətləri şagirdlərin yaş, qavrama səviyyəsinə uyğun öz əksini tapmalıdır. Lakin bu, heç də dərslikləri nəzəri məlumatlarla yükləməyə əsas vermir. O elmi materiallar faydalı hesab olunur ki, bunlar bilavasitə şagirdlərdə idraki bacarıqların, xüsusilə də tətbiqi bacarıqların formalaşmasına xidmət edir. Şagirdlərin heç kəsdən kömək almadan tapşırığı özü həll etməsi onlarda məsuliyyət duyğusunun formalaşmasına yardım edir. Eyni zamanda, yeni məlumatlar öyrənən uşaqda beynin iş görmə qabiliyyəti artır və öz-özünün düşüncə tərzini formalaşdırır. Buna görə də uşağın dərs hazırlama şəraiti öz istəyinə uyğun olmalıdır. Amma təəssüflər olsun ki, hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır. Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar. Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir”.

 

“İbtidai siniflərin tədris proqramı şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil”,-deyə K.Əsədov vurğulayıb:

 

“Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırıq verilə bilər. Yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid olan daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər.

 

Etiraf edim ki, ibtidai siniflərdə dərs proqramı əvvəlki illərdə olduğu kimi ağırdır. Üstəlik müəllimlərin uşaqları sinifdənxaric oxu materialları ilə yükləməsi uşaqları həddindən artıq yorur. Dərsliklər və əlavə oxu materialları, iş dəftərləri uşaqların beynini yormaqla yanaşı, çantanın ağırlığı onurğa sütunlarını da zədələyir. Ağır çantaları valideynlər belə daşımaqda çətinlik çəkirlər. Vacib bir məqamı qeyd edim ki, beynəlxalq təhsil sistemində yaş xüsusiyyətinə görə standart düstur var. Dərsliklər hazırlanarkən 1 paraqrafda və 1 səhifədə yer alacaq söz, termin, şəkil və çalışmanın sayı uşağın yaşına uyğun götürülür. Bizdə bu düstur təmamilə kobud şəkildə pozulub.

 

Məsələn; 1 paraqrafda olan sözlərin, ifadələrin, şəkillərin sayı 6-7 yaşlı uşaqlar üçün deyil.  Bizdə 6-7 yaşında uşaqlar üçün nəzərdə tutulmuş kitabın həcmi və oradakı informasiya yükü beynəlxalq standartlarda 16-17 yaşlılar üçün nəzərdə tutulub.

 

Ən ciddi pozuntu 3-cü, 4-cü siniflər üçün yazılan kitablardır. 8-9 yaşlılar üçün nəzərdə tutulmuş kitablardakı informasiya yükü beynəlxalq standartlara görə 24-25 yaşlılar üçündür. 4-cü, 5-ci siniflərdəkilərin informasiya yükü, çalışmaların sayı və ağırlıq səviyyəsi şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil”.

 

Müsahibimiz bildirib ki, orta məktəbin funksiyası şəxsiyyət yetişdirməkdir, amma bu kitabların heç biri şəxsiyyət yetişdirmir:

 

“Bu 1 həftə ərzində I sinif kitablarını analiz etmişəm və gəldiyim qənaət budur; belə ibtidai sinif kitabı olmaz! Biz bu kitablarla heç vaxt şəxsiyyət yetişdirə bilmərik. Kitablar Elm və Təhsil Nazirliyinin sifarişilə hazırlanır. Nəşriyyatları və dərslik müəlliflərini yığıb tender elan edilir. Hərə öz kitabını yazır. Hətta ən pis kitab tenderdən keçir. Nazirlik sadəcə seçir. Əslində, bütün dünyada olduğu kimi özlərinin dərslik mərkəzi olmalıdır. 2 aya yazılan dərslik əlbəttə keyfiyyətli olmayacaq. Düşünürəm ki, Beynəlxalq standartların Azərbaycanda reallaşması artıq mümkün deyil.Mənasız informasiya yükü şagirdin yaş  xüsusiyyətinə uyğun deyil. Ev tapşırıqları həddindən artıq çoxdur.

 

Əlbəttə ki, dərs yükü çox olduqda onların oyuna, əyləncəyə zamanı qalmır, ağır dərs yükünün altında əzilirlər. Mənəvi ehtiyaclarını ödəyə bilməyən uşaqlara isə dərs cəlbedici gəlmir, sadəcə, əzbərçilik edirlər”.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4083
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3717
Bu yol qovşağında təmir işləri aparılacaq
3245
Bakıda hoteldə yanğın başlayıb
2773
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1886
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1735
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1574
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1539
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1521
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1360
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1315
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1225
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1212
Azərbaycan nefti ucuzlaşıb
1146
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1018
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1011
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
986
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
979
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
922
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
885