Bakı. Trend:
Kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiyahüququ tanınacaq.
Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında”qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi vəuşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda dakişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququtanınacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinəəsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığortahissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimumməbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığortastajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdəisə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşagörə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşagörə əmək pensiyası hüququ vardır.
Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək,qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci iliyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydadamüəyyənləşdirilir:
Dövr | Kişilər üzrə pensiya yaşı | Qadınlar üzrə pensiya yaşı |
1 iyul 2017 – 30 iyun 2018 | 63 il 6 ay | 60 il 6 ay |
1 iyul 2018 – 30 iyun 2019 | 64 il | 61 il |
1 iyul 2019 – 30 iyun 2020 | 64 il 6 ay | 61 il 6 ay |
1 iyul 2020 – 30 iyun 2021 | 65 il | 62 il |
1 iyul 2021 – 30 iyun 2022 | 65 il | 62 il 6 ay |
1 iyul 2022 – 30 iyun 2023 | 65 il | 63 il |
1 iyul 2023 – 30 iyun 2024 | 65 il | 63 il 6 ay |
1 iyul 2024 – 30 iyun 2025 | 65 il | 64 il |
1 iyul 2025 – 30 iyun 2026 | 65 il | 64 il 6 ay |
1 iyul 2026 və sonra | 65 il | 65 il |
Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciətiəsasında ömürlük təyin edilir. Həmin pensiyanın sığorta hissəsininməbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşagörə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (“Əməkpensiyaları haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraqsığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınanpensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının(PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbətikimi (SH=PSK/T) müəyyən edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.