AZ

AQTA sədri istehlakçılara çağırış edib

Hər bir istehlakçının borcudur ki, ticarət şəbəkələrindən istehlak üçün qida məhsullarını aldıqda onların yararlılıq müddətinə, etiketlənməsinə, saxlanma şəraitinə nəzarət etsin. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bilavasitə sahibkarlarla istehlakçıların arasındakı münasibətləri tənzimləyən bir orqandır. Ancaq nədənsə hər hansı bir ticarət şəbəkəsində vaxtı keçmiş ərzaq məhsulu satılanda bəzən “Qida Təhlükəsizliyi Agentliyi hara baxır” deyə sual edirlər. Bildirmək istəyirəm ki, Azərbaycanda 50 mindən yuxarı ticarət şəbəkəsi var. Dünyada elə bir dövlət qurumu yoxdur ki, onun əməkdaşları gecə-gündüz ticarət şəbəkələrində məhsulların satılma rejiminə nəzarət etsinlər.
Bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
AQTA sədri qida məhsullarına nəzarət edilməsi ilə bağlı cavabdeh tərəfin sahibkar olduğunu, nəzarət mexanizminin isə istehlakçının üzərinə düşdüyünü vurğulayaraq əlavə edib:
“Agentlik isə istehlakçının hüquqlarını müdafiə edib sahibkarla onun arasında tənzimləmə mexanizmini həyata keçirir. Bir faktı diqqətinizə çatdırım ki, ölkəmizə xaricdən kərə, spred və bitki yağları idxal olunur. Azərbaycanda çoxlu sayda ticarət şəbəkələri var. Təəssüf ki, bəzən ticarət şəbəkələrində spred yağlarının qutularından çıxarılaraq onları piştaxtalarda kərə yağı adı altında satılmasına rast gəlinir. Bu məsələ birbaşa olaraq istehlakçıdan ayıq-sayıqlıq tələb edir. İstehlakçılar ticarət şəbəkələrinin məsul şəxslərindən həmin yağların keyfiyyət göstəricilərini, müvafiq sənədləri tələb etməlidir. Belə vəziyyətlə qarşılaşdıqda, istehlakçılar dərhal Qida Təhlükəsizliyi Agentliyinə müraciət edərək hansı şəbəkədə çox aşağı qiymətə kərə yağı adı altında hansısa məhsulun satıldığını bildirməlidir. Əslində ölkəyə idxal olunan kərə, spred və bitki yağlarının keyfiyyət və təhlükəsizlik göstəriciləri norma daxilindədir. Sadəcə kimlərsə spred yağını kərə yağı adı altında istehlakçıya satmağa cəhd edir. Bu məsələdə istehlakçı da Agentliyin yanında olmalıdır ki, birgə nəzarət tədbirləri çərçivəsində belə halların qarşısını alaq”.
Agentlik sədri həmçinin qurumun fəaliyyətə başladığı 2018-ci ildən etibarən istehlakçılar tərəfindən Agentliyin 1003 - qaynar xəttinə 207 913, 2024-cü ilin ilk üç ayında isə 15 385 zəngin daxil olduğunu qeyd edib.

Seçilən
57
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21201
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19337
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18273
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17683
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16892
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16711
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16104
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15528
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12021
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11277
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9226
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8381
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8007
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7540
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7175
Minimum əmək haqqı nə qədər arta bilər?
7094
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6379
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5772