AZ

Ukrayna Rusiyanın bombardmançı təyyarəsini vurdu 

Ukrayna hərbçiləri bu gün səhər saatlarında Rusiya hərbçilərinin dinc Ukrayna şəhərlərini vuran Tu-22M3 uzaqmənzilli strateji bombardmançı təyyarəsini məhv edə bildiklərini açıqlayıblar. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasında deyilir. 

"Bugünkü hücum zamanı ilk dəfə olaraq iki raket məhv edilib", - deyə əlavə olunub. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla