AZ

Son üç ayda əhali ABB-dən 72 milyon manat depozitini geri çəkib

Əhali bu ilin ilk üç ayında Azərbaycanın ən böyük dövlət bankı ABB-dən 72 milyon manat vəsaiti geri çəkib.
 
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. 

Belə ki, 1 aprel 2024-cü il tarixinə “Azərbaycan Beynəlxalq Bankı”ndakı fiziki şəxslərin əmanət portfeli 3,3% azalaraq 2,08 mlrd. manata enib. 2024-cü ilin əvvəlində bu rəqəm 2,15 mlrd. manat təşkil edib. 

Hesabat dövrü üzrə bankın cəmi öhdəliklərində isə 4,7% azalma müşahidə edilib. Belə ki, ABB-nin cəmi öhdəlikləri 1 aprel 2024-cü il tarixinə ilin əvvəlindəki 11,86 mlrd. manatdan 11,3 mlrd. manata enib.  

 Bundan əlavə, ABB son üç ayda 480 milyon manata yaxın kiçilib. Belə ki, 2024-cü ilin əvvəli ilə müqayisədə birinci rübün sonuna “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi aktivlərinin həcmi 3.5 faiz azalaraq 13,19 mlrd. manata düşüb. Halbuki, ilin əvvəlində bu rəqəm 13,67 mlrd. manat təşkil etmişdi. 

Aktivlərin azalmasında əsas səbəb səbəb nağd vəsaitlərin 12 faiz azalaraq 3,58 mlrd. manata enməsidir.  İlin əvvəlində bu rəqəm 4,07 mlrd. manata bərabər olub.

Leyli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla