AZ

İrəvanda terror təhlükəsi: Universitet təxliyə edildi

İrəvandakı Rusiya-Ermənistan Universitetinə terror təhlükəsi barədə məlumat daxil olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, universitetin müəllim və tələbə heyəti təxliyə olunub.

Lakin aparılan axtarışlar nəticəsində heç bir təhlükənin olmadığı üzə çıxıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
27
2
Mənbələr
Şərh ()
Bağla