AZ

Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilib

"Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantılarında iştirak çərçivəsində təşkilatın Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə prezidenti Endryu Torre ilə görüşdük".

FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

O bildirib ki, görüş zamanı Azərbaycan Mərkəzi Bank ilə Visa arasında mövcud əməkdaşlıq və gələcək fəaliyyət imkanları müzakirə edilib.

"Həmçinin ödəniş sektorunda innovasiyaların təşviqi istiqamətində Visa ilə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi apardıq", - deyə T.Kazımov vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq