AZ

Paşinyan sərhədimizi pozmamaq üçün görün, nə etdi -

Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxında Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə helikopterlə gəlib.Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.Bildirilib ki, Paşinyan bu əraziyə avtomobillə gəlsəydi, İcəvan-Noyemberyan yolundan keçməli olacaqdı. Bu yolun kiçik bir hissəsi isə məhz Azərbaycana qaytarılmalı olan kəndlərin birindən keçir. Beləliklə, erməni baş nazirin bu addımı Azərbaycan qanunlarını pozmamaq üçün atdığı aydın olub.Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Əskipara kəndinin sakinləri ilə görüşüb. Görüşdə Paşinyan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərinə toxunub.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
7
Mənbələr
Şərh ()
Bağla