AZ

Tədbirlər nəticəsində əkin və içməli suya olan tələbat aradan qaldırılacaq - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev YuxarıŞirvan suvarma kanalının infrastrukturunun bərpası, mövcudtəsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəlişəkildə həllinin yaxşılaşdırılması, su ehtiyatlarından dahasəmərəli istifadə olunması, magistral kanalın suburaxmaqabiliyyətinin artırılması məqsədilə 8 aprel tarixində Şirvansuvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adıdəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.

Şirvan su kanalının açılışı gələcəkdə kənd təsərrüfatımızamüsbət təsir göstərəcək. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşaedilmiş və uzun illərdir fəaliyyət göstərir. Ölkəmizdə yeni-yeniinfrastruktur layihələrin icrası həyata keçirilir və onlardan biridə Şirvan suvarma kanalının yenidən qurulmasıdır. Şirvan kanalısuyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyüklayihədir. Gələcəkdə Şirvan suvarma kanalı 10 rayonun su probleminihəll edəcək.

Cənab İlham Əliyev 16 aprel tarixində Hacıqabul rayonundayenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəçıxış edərək bildirmişdir ki, “Yuxarı Şirvan kanalı 1958-ci ildəinşa edilmişdir və bu gün kanalın, - artıq bu kanal Şirvan kanalıadlandırılır, - yeni mərhələsi başlayır. Faktiki olaraq kanalyenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədənfaydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfəartırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələrinə gəldikdəisə o da iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yenisuvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın sonnöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndənsonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiriolacaqdır”. Qeyd etmək lazımdır ki, ölkəmizdə Şirvan və Qarabağkanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanallarıolduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. 30 il ərzindəişğalçı Ermənistan təkcə bizim torpaqlarımızı deyil eyni zamanda suresurslarımızı da işğal etmişdir. 44 günlük Vətən müharibəsindəşanlı qələbəmiz nəticəsində ölkəmizin təbii resursu olan sumənbələrimizə tam sahib olduq. Qarabağ və Şərqi Zəngəzurda mövcudolan su resursları ümumi su resurslarımızın 25%-ni təşkil edir.Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri iləbərabər eyni zamanda kənd təsərrüfatı inkişaf etdirilir. GələcəkdəXəzər dənizinin (gölünün) suyunun duzsuzlaşdırılması layihəsi dəölkəmiz üçün çox önəmlidir. Xəzər dənizinin (gölünün) suyundansuvarma həm də içməli su kimi istifadə ediləcəkdir.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Seçilən
87
2
Mənbələr
Şərh ()
Bağla