AZ

"Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular" - Komitə sədri

"Rusiya sülməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir. 10 noyabrda Qarabağ bölgəsinə sülhməramlı qüvvələr yerləşəndə müharibədə bizə məğlub olanlar Qələbəmizi ləkələmək üçün “erməni işğalını rus ordusu əvəzlədi” adlı qlobal kampaniyaya başladılar. Ukrayna ilə müharibədən sonra dünyada demonlaşdırılan bir dövlətin Xankəndindəki missiyasını ləkələyən NATO dövlətləri azərbaycanlı və rus əsgərlərini toqquşdurmaq istəyirdilər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sdəri, deputat Zahid Oruc deyib. O bildirib ki, “Xankəndi rusa verildi, müharibə olmayıb, Əliyev sövdələşmə ilə Elçibəyin çıxardığı ordunu geri qaytardı, heyif Azərbaycan əsgərinə” deyən şərçilər indi də 17 aprel qərarını “Rusiyanın Qərbə məğlub olması, Ərdoğanın təzyiqi, hətta Paşinyanın manevrləri” ilə bağlayırlar:

"Sən demə, ruslar Zvartnos limanından da çıxıb bütün Qafqazdan özləri gedir. Baxın, riyakarlığa, bu mənfur tezisləri yayanların  yalnız bir məqsədi var. İlham Əliyevin  ardıcıl, parlaq və xalqımızı qırğınlara verməyən, məğlubiyyət ənənələrinə son qoyan milli qələbələrini etiraf etməsinlər. Dövlət başçımızın strateji ağlı və keçmiş rəhbərlərin faciələrini görməsi 1960 nəfərlik qüvvədən düzgün istifadəyə imkan verdi, 20 sentayabrda  bütün dünya erməniçiliyinin qınadığı rus əsgəri onların əvəzindən döyüşmədi, birinci Pyotrun 300 illik qərarı geri oxundu, o cümlədən, sülhməramlılar müstəqllliyimizi buxovlayan xarici hərbi baza deyil, əksinə, Fransa və Amerikanın regionda yerləşməsinə qarşı qüvvə oldu. Ağ Evdə və Yeliseydə rus hərbi qüvvələrinin 366-cı alaya çevrilmədiyindən, bir Qafqaz ölkəsindən sülh, diplomatik razılaşma ilə, qansız-qadasız çıxmasından məyus olublar. Axı əsrlərdir xalqımızı qonşu dövlətlərlə toqquşdurub özləri Göyçə dağlarına və Zəngəzur dəhlizinə can atan NATO orduları indi nə deyib iki xalqın arasına yerləşəcəklər?

Son 30 ildə cəhbəçiliyin və əli kərimliçiylin çörək və siyasi ideologiyas - “Azərbaycan hakimiyyətini rus ordusu qoruyur”  böhtanı bizi Zəfərlərə gətirən Heydər Əliyev kursunun, heç bri xarici hərbi qüvvənin olmadığı bir ölkə quran İlham Əliyevin qarşısında baş əyməyə, elə həmin rus hərbçilərinin ardınca ölkədən çıxıb getməyə qadirdilərmi? İndi bütün Qafqazın lideri Şeyx Şamildir, yoxsa, İlham Əliyev? Xarici ordularla belə işləyərlər, cənablar! Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular, Azərbaycan NATO qarşısında növbəti qələbəsini qazandı! İndi tarixdə ilk dəfədir, ermənilər üçün canını verməyən 1960 nəfər rus hərbçisi azərbaycanlılarla deyil, Qərblə döyüşməyə gedir. Gedin düşünün, İlham Əliyevin növbəti qələbəsi nə olacaq!"

Anar Kəlbiyev

Seçilən
181
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3721
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3536
Bu yol qovşağında təmir işləri aparılacaq
3024
Bakıda hoteldə yanğın başlayıb
2581
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1731
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1590
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1509
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1408
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1240
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1237
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1209
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1092
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1042
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
929
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
909
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
890
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
861
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
837
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
809
Sabah 5 kəndin qazı kəsiləcək
760