AZ

Yeni Kaledoniya heyəti Milli Məclisdə

Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naisselinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 
Spiker Fransanın Cənubi Qafqaz regionunda sabitliyi pozmağa yönəlmiş siyasətini tənqid edib. O deyib ki, Fransa tarixində qara ləkə olan kolonializmi yalnız keçmiş müstəmləkələrində, zor gücünə öz hakimiyyəti altında saxladığı ərazilərdə deyil, həm də digər regionlarda, həmçinin Cənubi Qafqaz regionunda davam etdirmək niyyətindədir. S.Qafarova Fransanın bu gün Azərbaycana qarşı bütün müstəvilərdə hücuma keçdiyini, beynəlxalq platformalarda mümkün vasitələrdən istifadə edərək, ölkəmizə qarşı qarayaxma kampaniyası apardığını təəssüflə diqqətə çatdırıb. 
Görüş zamanı vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycan müstəqil və güclü ölkədir. Heç kim bizə təzyiq göstərə bilməz. Ölkəmizin siyasəti yalnız sülhün, əməkdaşlığın təşviqinə, ədalətsizliyə qarşı mübarizəyə yönəlib.
Sahibə Qafarova deyib ki, Azərbaycan parlamentinin üzvləri Fransanın ikiüzlü siyasətini qətiyyətlə pisləyir və onun neokolonializm siyasətinin ifşası istiqamətində səylər göstərir.
Yeni Kaledoniya nümayəndə heyətinin rəhbəri ölkəsinin üzləşdiyi iqlim dəyişikliklərindən yaranan çağırışlar barədə də danışaraq, Azərbaycanın evsahibliyi ilə keçiriləcək COP29-un dünyada bu istiqamətdə mövcud olan problemlərin həllinə töhfə verəcəyinə inamını ifadə edib.
***
Həmin gün Azərbaycan Respublikasının Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Mərasimdə spiker Sahibə Qafarova deyib ki, bu sənəd parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi bazanın formalaşdırılması baxımından xüsusi əhəmiyyətə malikdir və əməkdaşlığımızın çərçivəsini müəyyən edəcək. 
Memorandumda  Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi niyyəti ifadə olunub. Bu məqsədlə qanunvericilik orqanlarımızın komissiyaları və komitələri  arasında daimi əlaqələrin yaradılmasına kömək göstərilməsi, həmçinin parlament və beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi, bölüşülməsi məqsədilə parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili nəzərdə tutulub. 
***
Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Omayra Naisselinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 18-də Bakı Təşəbbüs Qrupunun ofisində olub.
Qonaqları ölkəmizdə görməkdən məmununluğunu ifadə edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov nümayəndə heyətini qrupun fəaliyyət istiqamətləri, məqsədləri və gələcək planları barədə məlumatlandırıb.
Söhbət zamanı Yeni kaledoniyalı parlamentarilər iki ölkənin nümayəndələri arasında fikir mübadiləsinin genişləndirilməsi üçün yaratdığı şəraitə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildiriblər.
Əliqismət BƏDƏLOVXQ

Seçilən
97
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27559
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26704
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
18769
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18155
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14600
Sabah 20 dərəcə isti olacaq
9931
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9432
May ayında Azərbaycana qar yağdı - VİDEO
8948
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8726
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8553
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7426
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7183
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7037
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
7016
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6676
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6564
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6538
Azərbaycan nefti ucuzlaşıb
6162
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6125