- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycanın stolüstü tennisçisi Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirində bürünc medal qazanıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ilkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb. 1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən kənarlaşdıran O.Quluzadə yarımfinalda digər fransalı rəqibinə 2-3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb.
Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır.