AZ

İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA

AEBA İranın nüvə obyektlərinin zərər görmədiyini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın atom elektrik stansiyalarında heç bir ziyan müşahidə edilmədiyini və onlara heç bir hücum edilmədiyini açıqlayıb.

Agentlik İran və İsraili maksimum təmkin nümayiş etdirməyə çağırışını təkrarlayıb və vurğulayıb ki, hərbi münaqişələrdə AES-lər heç vaxt hədəfə alınmamalıdır.

Xatırladaq ki, bu gün gecə İsrail İrana dronlarla zərbələr endirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
2
Mənbələr
Şərh ()
Bağla