AZ

®“AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən “AlatBay” Logistik Mərkəzi “Edge Green” sertifikatlaşdırma prosesinin layihələndirmə, tikinti və audit mərhələlərini uğurla başa vuraraq “Edge Advanced Green” sertifikatına layiq görülüb.

EDGE Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən yaşıl investisiyalar sahəsində tətbiq edilən innovativ metodologiyadır.

“AlatBay” Logistik Mərkəzi hazırda Ələt Azad İqtisadi Zonasının hüquqi şəxsləri ilə yanaşı, yerli və xarici şirkətlərə yüklərin idarə edilməsi ilə bağlı müxtəlif logistik və anbarlama xidmətlərini həyata keçirir. Logistik mərkəzin layihələndirilməsinə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə yaşıl investisiya sahəsində fəaliyyət göstərən beynəlxalq məsləhətçilər cəlb edilib və layihə üzrə bütün işlər “Edge Green” metodologiyası əsasında həyata keçirilib.

Layihənin icrası nəticəsində gələcək cari sərfiyyat üzrə 41 faiz enerjiyə və 26 faiz suya qənaət edilməsinə nail olunub. Ekoloji təsirin bu müstəsna səviyyəsinə cavab verən layihənin icrası təkcə istifadəçilərə deyil, həm də ətraf mühitə gələcək illərdə davamlı müsbət təsir göstərəcək.

Bir neçə ay sonra ölkəmizdə mötəbər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin keçirilməsi fonunda “Edge Green” standartlarına nail olmamız bizim üçün qürurvericidir.

“AlatBay” ailəsi olaraq davamlı innovasiya və ekoloji mükəmməlliyə sadiqliyimizi bir daha təsdiq edirik. Bununla nümayiş etdiririk ki, hər birimiz təbii sərvətlərimizi qoruyaraq ətraf mühitimizi gözəlləşdirə bilərik”, - deyə məlumatda qeyd olunub.

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq