AZ

Türkiyədə ardıcıl güclü zəlzələ: Dağıntılar var

Türiyənin Tokat şəhərinin Sulusaray ilçəsində 5,6 bal gücündə zəlzələ baş verib.
Aktual.azxəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
5,99 kilometr dərinlikdə meydana gələn təkanlar ətraf əyalətlərdə də hiss olunub.
***
İlk təkanlardan sonra 3,5 bal gücündə növbəti zəlzələnin baş verdiyi bildirilib.
Sulusaray bələdiyyə başqanı Davud Kılıç Buğdaylı kəndində bəzi evlərin və 2 məscid minarəsinin uçduğunu bildirib.
***
Zəlzələnin təsirindən Yozqat şəhərinin də müxtəlif məhəllələrində üç ev çöküb. Təbiət hadisəsi zamanı Tokatda bir nəfər xəsarət alıb.
Hadisə yerlərinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
***
Tokat şəhərinin Sulusaray ilçəsində 4 bal gücündə növbəti zəlzələ qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
50
Mənbələr
Şərh ()
Bağla