AZ

İran bəzi şəhərlər üzərində uçuşları dayandırıb - Media

İran bəzi şəhərlər üzərində uçuşları dayandırıb. Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” İran dövlət mediasına istinadən məlumat yayıb. “İsfahan, Şiraz və Tehran şəhərləri üzərində uçuşlar dayandırılıb”,  -  deyə İran agentliyi məlumat yayıb. Bundan əvvəl İsfahan əyalətində partlayış barədə məlumat verilmişdi. "ABC" telekanalı amerikalı rəsmiyə istinadən xəbər verib ki, İsrail İrandakı obyektə raket zərbəsi endirib. Aprelin 13-ü axşam saatlarında İran İsrailə qarşı pilotsuz təyyarələr və raketlər ataraq bunu “çoxsaylı cinayətlərə”, o cümlədən İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə İsrailə aid edilən hücuma cavab adlandırıb. İran dövlət mediası İsrailə endirilən zərbələrin hərbi obyektləri hədəf aldığını bildirib. İsrail Müdafiə Qüvvələri yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni tutduqlarını və Nevatim aviabazasına cüzi ziyan dəydiyini bildirib. Qadir, Bizimyol.info

Seçilən
131
6
Mənbələr
Şərh ()
Bağla