AZ

Maduro: ABŞ-nin sanksiyalarına baxmayaraq neft sənayemiz inkişaf edəcək

ABŞ-nin Venesuelanın neft-qaz sektoruna qarşı sanksiyalarını bərpa etməsinə baxmayaraq, bu sahə inkişaf edəcək.

"Report"un məlumatına görə, bunu Venesuela Prezidenti Nikolas Maduro "Venezolana de Televisión" telekanalının yayımladığı dövlət neft-qaz şirkəti “Petr leos de Venezuela S.A”nın (PDVSA) işçiləri ilə görüşündə deyib.

"Nə blokada, sanksiyalar, nə də lisenziyalar Venesuelanın neft, qaz və neft-kimya sənayesinin istehsalını dayandıra bilər", - Maduro bildirib. O hesab edir ki, Venesuela 7 il ərzində inkişaf edəcək və qlobal enerji bazarında əsas istehsalçılardan birinə çevriləcək. Maduro ABŞ-nin Venesuela neftinə qarşı sanksiyaları yüngülləşdirən 44 saylı Ümumi Lisenziyanı yeniləməmək qərarına toxunaraq, “PDVSA-nın inkişafı, böyüməsi üçün lisenziyalara ehtiyacı yoxdur və heç kim əsas enerji sənayemizin böyüməsini dayandırmayacaq”, - deyib.

Prezident deyib ki, Birləşmiş Ştatlar düz bir il əvvəl Venesuela Bolivar Respublikası hökuməti ilə birbaşa, qeyri-rəsmi, gizli danışıqlara başlamaqda israr edib. O qeyd edib ki, Qətər, İtaliya və Meksikada keçirilən danışıqların yeddi raundu zamanı diplomatik münasibətlərin bərpası, miqrasiya məsələləri və sanksiyaların aradan qaldırılması məsələləri müzakirə olunub.

"Bütün görüşlərdə yeganə tələb irəli sürdük - heç bir şərt olmadan, Venesuela cəmiyyətinə qarşı bütün birtərəfli cinayət tədbirlərini, bütün sanksiyaları və blokadaları ləğv etmək", - Maduro bildirib. O, Venesuelanın ABŞ-la bağladığı müqavilələrin bütün müddəalarını yerinə yetirdiyini vurğulayıb. Maduronun sözlərinə görə, Vaşinqton “heç bir razılaşmanı, xüsusən də Venesuela cəmiyyətinə və iqtisadiyyatına qarşı bütün cinayət sanksiyalarının ləğvi ilə bağlı razılaşmanı yerinə yetirməyib.

O vurğulayıb ki, “heç kim Venesuelanın iqtisadi artımını, xalqın rifahının bərpasını və ölkənin inkişafını təkbaşına dayandıra bilməz”. Maduro aprel ayında “yeni xarici investorlarla 20 strateji müttəfiqlik müqaviləsinin imzalanma mərhələsində olduğunu” söyləyib.

Seçilən
84
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19972
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19128
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18140
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17485
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16211
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15959
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15956
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15229
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11746
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11215
"Zaur, yenə çaşdın..." - VİDEO
8790
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7900
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7854
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7624
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7337
Minimum əmək haqqı nə qədər arta bilər?
7011
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6847
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6115
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696