AZ

İran Dövlət Televiziyası: Heç bir nüvə obyekti hədəfə alınmayıb

Tarix: 19 Aprel 2024 08:20

Təbrizdə partlayış səsi eşidilib, hava hücumundan müdafiə sistemini işə salınıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
İranın dövlət televiziyası isə İsfahan vilayətinin hava məkanında bir neçə kiçik pilotsuz təyyarənin vurulduğunu bildirib.
İran dövlət televiziyası məlumatına görə, İsfahan şəhərində heç bir nüvə obyekti və ya nüvə obyektləri hədəfə alınmayıb.



"Mehr" xəbər agentliyinin məlumatına görə isə İsfahan səmasında 3 kiçik pilotsuz təyyarə vurulub.
Milli.Az

Seçilən
115
4
Mənbələr
Şərh ()
Bağla