AZ

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

2024-cü il aprelin 18-də Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İsveç Krallığının Baş naziri Ulf Kristerssona ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəvət məktubunu Baş Nazirin Ofisinə təqdim edib.
AZƏRTAC xəbər verir ki, direktor müavini Elinor Blomberqlə keçirilmiş görüş zamanı Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə qarşı tərəfə məlumat verilib, eləcə də İsveç-Azərbaycan əlaqələri nəzərdən keçirilib.
Həmsöhbət dəvət məktubuna görə təşəkkürünü ifadə edərək onun yüksək ünvanına çatdırılacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
7
Mənbələr
Şərh ()
Bağla