AZ

Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım 2024-cü ildə güclü olaraq qalacaq - Cihad Azur

Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım 2024-cü ildə güclü olaraq qalacaq.Missiya.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur bu gün Vaşinqtonda BVF-nin yaz iclasları çərçivəsində keçirilən brifinq zamanı bildirib."Yaxın Şərqdə və Şimali Afrikada artım münaqişələr, aşağı neft hasilatı, ticarətin pozulması və yüksək borcla dayandırılır. Risklər son dərəcə yüksəkdir. Qafqazda və Mərkəzi Asiyada müsbət ticarət və maliyyə axını ilə dəstəklənən artım güclü olaraq qalır. Qafqaz və Mərkəzi Asiyada artımın 2024-cü ildə 3,9 faiz, 2025-ci ildə 4,8 faiz, Yaxın Şərq və Şimali Afrikada isə 2024-cü ildə 2,7 faiz, 2025-ci ildə 4,2 faiz olacağı gözlənilir", - deyə o qeyd edib.C.Azur qeyd edib ki, hətta böyük münaqişədən 10 il keçsə də, Yaxın Şərq və Mərkəzi Asiyada adambaşına düşən gəlir münaqişədən təsirlənən digər ölkələrlə müqayisədə təxminən 10 faiz aşağı olaraq qalır:"Yaxın Şərq və Şimali Afrikada, eləcə də Qafqaz və Mərkəzi Asiyada qeyri-bərabər bərpa gözlənilir. Əksər ölkələrdə inflyasiya qlobal tendensiyalara uyğun olaraq azalsa da, artım perspektivləri ölkələr üzrə fərqlidir. Yaxın Şərq və Şimali Afrikadan başlayaraq Qəzza və İsraildəki qarşıdurma böyük iztirablara səbəb olub. Bundan əlavə, Qırmızı dənizdə daşımaların dayandırılması mövcud zəiflikləri daha da artırıb".O əlavə edib ki, münaqişələr bəzi qeyri-stabil, aşağı gəlirli ölkələrdə fəaliyyətə mənfi təsir göstərir:"Təhlillərimiz göstərir ki, münaqişə təkcə uzunmüddətli insan və sosial xərclərlə nəticələnmir, həm də digər ölkələr üçün potensial nəticələrlə böyük və daimi istehsal itkilərinə səbəb ola bilər. Bu il Qafqaz və Mərkəzi Asiya ölkələrində iqtisadi artımın sabit qalacağını proqnozlaşdırırıq. Bundan əlavə, ticarətin istiqamətinin dəyişdirilməsi Qafqaz və Mərkəzi Asiya regionunda ticarəti dəyişir".O söyləyib ki, ikinci problem inflyasiyadır:"İnflyasiya qlobal tendensiyalara uyğun olaraq azalır və bir çox iqtisadiyyatlarda tarixi tendensiyalara yaxınlaşır, hazırda ölkələrin təxminən 1/3-i orta səviyyəyə yaxın və ya aşağıdadır və əksər iqtisadiyyatlarda pul sərtləşdirmə dövrləri başa çatmış kimi görünür. Gələn il Qafqaz və Mərkəzi Asiya ölkələrində inflyasiya hədəfdən aşağı və ya ona yaxın olacaq. İnflyasiyanın 2024-cü ildəki 7,7 faizdən gələn il 7,1 faizə düşəcəyi proqnozlaşdırılır".Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçiriləcək.BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunacaq.BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

Seçilən
103
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21510
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19386
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18302
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17736
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17050
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16891
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16144
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15593
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12082
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11295
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9538
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8548
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8035
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7581
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7219
Minimum əmək haqqı nə qədər arta bilər?
7111
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6432
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5799