AZ

Anar Bağırov COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

Aprelin 18-də Tbilisidə “İngilis hüquq forumu” mövzusunda beynəlxalq hüquq konfransı keçirilib.

Böyük Britaniyanın Tbilisidəki səfirliyinin, İngiltərə və Uels Hüquq Cəmiyyəti və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkil etdiyi tədbirdə ölkəmizi Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransda beynəlxalq arbitraja xüsusi diqqət yetirməklə hüquqi xidmətlər, mübahisələrin həlli, sanksiyalar rejimi və qanunun aliliyi barədə məruzələr dinlənilib, biznes mühitinin inkişafında ingilis hüquq sistemi və onun Cənubi Qafqaz regionunda tətbiqi barədə fikir mübadiləsi aparılıb.

Anar Bağırov konfransda çıxış edərək ölkəmizdə hüquqi cəmiyyətin inkişaf perspektivləri, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan mütərəqqi addımlar, vəkillik fəaliyyətinin inkişaf perspektivləri barədə ətraflı məlumat verib. Bildirib ki, forum beynəlxalq arbitraj, mübahisələrin həlli və qanunun aliliyi kimi həyati əhəmiyyətli sahələrdə hüquqi təcrübənin çərçivəsinin formalaşdırılmasında beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır.

Vəkillər Kollegiyasının sədri bu ilin noyabrında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu, təkcə kritik iqlim problemlərini həll etmək üçün deyil, həm də hüquqi çərçivələr də daxil olmaqla, müxtəlif sektorlar üzrə əməkdaşlığı genişləndirmək üçün fürsət olacaq. Azərbaycanın mühüm ticarət yolları boyunca əlverişli mövqedə yerləşdiyini vurğulayan A.Bağırov deyib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Mərkəzi Asiya dövlətləri Qərblə ticarət əməliyyatlarını Azərbaycan və Gürcüstan vasitəsilə həyata keçirir. Bu kontekstdə ingilis hüququ ilə Azərbaycan hüququ arasında müqayisə olunmalı müxtəlif aspektlər var.

Azərbaycanda bu sahədə görülən işlərdən danışan Kollegiya sədri vurğulayıb ki, “Ələt Azad İqtisadi Zonası”nın tərkibində arbitraj mərkəzinin yaradılması istiqamətində işlər aparılır. Bundan əlavə, BP və SOCAR ölkəmizdə fəaliyyət göstərən çoxsaylı subpodratçılarla yanaşı, güclü iqtisadi baza ingilis hüquq prinsiplərinin inteqrasiyasına yardımçı olan əsaslı tərəfdaşlığın sübutudur. Azərbaycanın əhəmiyyətli enerji istehsal edən ölkə və Mərkəzi Asiya ölkələri üçün fəaliyyət göstərən ticarət mərkəzi kimi ikili statusu nəzərə alınmalı, hüquqi institutlar iqtisadi reallıqlara uyğunlaşdırılmalıdır.

“Biznes ictimaiyyətinin artan rekvizitlərini nəzərə alaraq, Azərbaycan Vəkillər Kollegiyası 2022-ci ildə biznes hüququ və mübahisələrin həlli üzrə ixtisaslaşmış hüquqşünasları formalaşdırmaqla Biznes Hüququ Komitəsini yaradıb. Bu Komitə arbitraj da daxil olmaqla biznes mübahisələrinin həlli üzrə ixtisaslaşmış hüquq ekspertləri ilə əməkdaşlıq edir”, – deyə A.Bağırov vurğulayıb.

Seçilən
99
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1451
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1029
Bu yol qovşağında təmir işləri aparılacaq
650
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
442
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
389
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
378
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
335
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
320
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
302
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
257
Çingiz Mustafayevin toyudur - FOTOLAR
241
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
240
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
198
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
186
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
158
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
105
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
99