AZ

Ukrayna XİN: "Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil"

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Gürcüstan Baş naziri İrakli Kobaxidzeni “ukraynalaşdırma” ifadəsindən istifadə etdiyinə görə tənqid edib. APA xəbər verir ki, XİN-in məsələ ilə bağlı bəyanatında qeyd olunub ki, Ukraynanın adının təhqiramiz kontekstdə istifadəsi Ukrayna-Gürcüstan münasibətlərinə əlavə ziyan vurur. Bəyanatda Kiyevin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə nəzərdən keçirilməsi ilə əlaqədar olaraq Gürcüstanda daxili siyasi vəziyyətin ağırlaşmasından narahatlıq keçirdiyi qeyd olunub. “Biz bütün aidiyyəti tərəfləri Gürcüstan vətəndaşlarının dinc etiraz etmək hüququna hörmət etməyə və konstruktiv dialoq vasitəsilə həll yolu tapmağa çağırırıq. Vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməsi, o cümlədən vətəndaş cəmiyyətinin sosial əhəmiyyətli məsələlərin həllinə cəlb edilməsi ölkənin Avropa gələcəyinin qurulması üçün zəruri şərtlərdir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bu qanun layihəsinin əleyhinə yönəldiyini iddia etdiyi “ukraynalaşma” təhlükəsi ilə bağlı şərhləri narahatlıq doğurur. Ölkəmizin adının belə təhqiramiz kontekstdə çəkilməsi Ukrayna-Gürcüstan münasibətlərinə əlavə ziyan vurur. Gürcüstan üçün real təhdid "ruslaşma"dır, mifik “ukraynalaşma” deyil”, - bəyanatda qeyd olunub. Bəyanatda qeyd olunub ki, Ukrayna Gürcüstanda sülh mühitində maraqlıdır və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstək göstərib, bu dəstəyi davam etdirir.

Seçilən
77
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1513
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1097
Bu yol qovşağında təmir işləri aparılacaq
734
Sabah 5 kəndin qazı kəsiləcək
525
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
445
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
424
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
379
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
363
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
349
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
343
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
334
Çingiz Mustafayevin toyudur - FOTOLAR
274
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
265
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
217
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
210
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
160
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
119
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
119