AZ

Dağıdıcı müxalifətin sözü böğazında qaldı

Bərk-bərk yapışdıqları "arqument" Rusiya sülhməramlılarının mövcudluğu idi, o da gedir

Bir vaxtlar dağıdıcı müxalifətin funksionerləri ucundan tutub ucuzluğa gedir, iqtidarın fəaliyyətini gözdən salmaq üçün bədgüman fikirlər söyləyir və sonra onları öz  uydurmaları ilə "arqumentləşdirirdilər." Məsələn, Qarabağ və ətrafındakı 7 rayonumuz Ermənistanın işğalı altında qalan illərdə radikal müxalifətçilərin "qılınclarının qabağı da, dalı da kəsirdi." Bütün mitinqlərdə, piketlərdə, küçə yürüşlərində bar-bar bağırırdılar ki, mövcud hakimiyyət Qarabağı və digər əraziləri azad etmək iqtidarında deyil. Bundan istifadə edən AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı və "Mİlli Şura" sədri Cəmil Həsənli bildirirdilər ki, xalq onlara səs versə Qarabağı tezliklə azad edəcəklər.

Bu siyasət dəllalları yaxşı başa düşürdülər ki, ərazilərin müharibə yolu ilə azad edilməsi möcüzəyə bənzər bir iş olar. Çünki başda ABŞ olmaqla Fransa, Rusiya, İran, Almaniya və digər böyük dövlətlər Azərbaycana təzyiq edirdilər ki, torpaqların qaytarılması yalnız sülh yolu ilə ola bilər. Ancaq belinə qırmanc dəyməyən donuz darı tarlasından çıxarmı? Əlbəttə, çıxmaz. Belə çıxırdı ki, Azərbaycan ərazilərini işğaldan azad etmək üçün bu dövlətləri ya neytrallaşdırmalı, ya da onlara qarşı getməlidir. Hər halda dağıdıcıların fikrincə, hər iki variantın ikisinin də alınması qeyri-real görünürdü. Nəhayət, illər boyu müharibəyə ciddi hazırlıq görən Azərbaycan 2020-ci ilin payızında Ermənistan ordusunu darmadağın edərək Qarabağı və Şərqi Zəngəzuru azad etdi.

Həmin günlərdə bütün Azərbaycan xalqı Qələbəmizi bayram etsə də yaramaz radikallar yasa batdılar, bir müddət susub iqtidar əleyhinə danışmağa başqa mövzu axtardılar. Axtardılar və və tapdılar: Rusiya sülhməramlıları Azərbaycandan çıxmayacaq və onları çıxarmağa heç kəsin gücü çatmayacaq. Üç il yarım idi ki, xarici düşmənlərimizin ölkəmizdəki xəbərgirləri olan Əli Kərimli, Qabil Məmmədov, Sevinc Osmanqızı və qeyriləri bu mövzunu çeynəməkdə davam edirdilər. Ancaq artıq bu mövzu da qapandı. Rusiya sülhməramlılarının Azərbaycandan hissə-hissə çıxarılmasına start verildi. İlk karvan Kəlbəcər rayonunun Xudavəng kəndində ermənilərin öz adlarına çıxmaq istədikləri qədim alban-udi monastrını mühafizə edən sülhməramlıların yola salınması ilə başlandı.  Halbuki Azərbaycan və Rusiya hökumətlərinin razılaşmalarına görə sülhməramlılar 2025-ci ildə getməli idilər.

İndi bizim başabəla dağıdıcı müxalifətimiz yenə matəm içindədir: Ən ağrılı problemlər həll olundu, bəs bundan sonra nə deyəcəklər, nədən danışacaqlar? Əlac yenə köhnə ənənəvi qeybətə və giley-güzara qalıb.

Maraqlı orasıdır ki, əvvəllər  sülhməramlılar gedərsə Əli Kərimli istehza ilə hamıdan üzr istəyəcəyini, Sevinc Osmanqızı "Bravo, Müzəffər" deyəcəyini, Qabil Məmmədov isə qulağını kəsəcəyini söyləmişdi. İndi məqam yetişib, vədlərinə əməl edəcəklərmi? Hamı maraqla gözləyir, heç olmasa bir dəfə verdikləri vədi yerinə yetirsinlər...

Vəli İlyasov, "İki sahil"

Seçilən
90
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1513
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1096
Bu yol qovşağında təmir işləri aparılacaq
734
Sabah 5 kəndin qazı kəsiləcək
525
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
444
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
423
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
379
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
360
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
343
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
342
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
334
Çingiz Mustafayevin toyudur - FOTOLAR
274
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
261
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
214
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
206
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
160
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
119
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
119