AZ

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub - FOTO

"Məktəblilər “Ədibin Evi”ndə" layihəsi çərçivəsində növbəti görüş “Nizami Gəncəvinin söz kainatı” mövzusuna həsr olunub.

Başı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, paytaxtdakı 96 nömrəli tam orta məktəbin şagirdləri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın yaşadığı tarixi ünvanda ədibin həyat və yaradıcılığı ilə tanış olub, Dünya Aviasiya və Kosmonavtika Günü ilə bağlı müzakirələr aparıblar.

Dahi Nizaminin “Xəmsə”sində kainat, səma cismlərinin təsvirləri barədə məktəblilərə məlumat verən 2023-cü ildə keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresinin və "Texnofest Azərbaycan"ın media üzrə meneceri, Azərbaycan Dəmir Yollarının mətbuat katibi Sənubər Nəzərova bildirib ki, müxtəlif elmlər üzrə geniş biliklərə malik dühanın əsərlərində bu gün bizə məlum olan planetlərin adı hələ əsrlər əvvəl çəkilib. “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun” kimi poemalardan sitatlar gətirən S.Nəzərova qeyd edib ki, elmə həvəs, mütərəqqi biliklərə yiyələnmək, müasir ölkəmizin inkişafını istiqamətləndirən mühüm amillərdəndir.

Kosmonavtika sahəsinə əhəmiyyətli töhfə verən insanlar haqqında söz açan S.Nəzərova Azərbaycan məktəblilərini mədəni kimliklərini dərindən öyrənməyə və milli dəyərlərimizi qorumağa çağırıb.

Daha sonra “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva şagirdləri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1941-ci ildə uşaqlar üçün nəsrə çevirdiyi Nizami Gəncəvinin “Xəmsə” poemasının bəzi hissələri barədə məlumat verib.

Vurğulayıb ki, olduqca rəvan dili ilə seçilən əsər uşaq ədəbiyyatı nümunələri kimi işlənilib dili sadələşdirilsə də, orijinal əsərlərin məna yükü böyük ustalıqla saxlanılıb.

Sonda məktəblilərə Mir Cəlalın “İki rəssam” kitabının nüsxələri hədiyyə edilib.

Qeyd edək ki, "Məktəblilər “Ədibin Evi”ndə" layihəsinin əsas məqsədi şagirdlər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin məşhur ədəbi simalar və onların yaradıcılıq nümunələri ilə tanışlıq imkanlarının təmin olunmasından ibarətdir.

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1333
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
925
Bu yol qovşağında təmir işləri aparılacaq
599
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
441
Bakıda 9 otaqlı evdə yanğın baş verib
427
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
377
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
328
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
310
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
304
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
237
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
219
Çingiz Mustafayevin toyudur - FOTOLAR
216
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
189
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
162
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
121
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
96
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
85
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
83