AZ

Xalq artistindən SƏRT SÖZLƏR: “Bu sözü eşidəndə utanıram”

Tarix: 18 Aprel 2024 19:50

"Yəni biz bu qədər cılızlaşmışıq ki, efirlərimizi belə bayağı oxuyanlar bürüyüb?"
Milli.Az xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında Xalq artisti Simarə İmanova deyib.
Tanınmış xanəndə bu gün efirlərdə, eləcə də el şənliklərində meydan sulayan bayağı müğənnilərin milli musiqimizə vurduğu zərbədən narahatlığını dilə gətirib:
"Bu gün bəzi özəl telekanallarımızda aparıcılar var ki, sənəti olmayan, oxuya bilməyən müğənniləri tərifləyib, göylərə qaldırırlar. Onları hətta sənətkar kimi təqdim edirlər. Bu sözü eşidəndə utanıram. Yəni biz bu qədər cılızlaşmışıq ki, efirlərimizi belə bayağı oxuyanlar bürüyüb? Təəssüflər olsun ki, elələri də el şənliklərində, toylarda yuxarı başdadırlar. Bir dünya pul töküb elələrini toya aparırlar. Toylarda bu qədər bayağı mahnılara yer verilir, belə olmaz, bunu axırı heç yaxşı görünmür. Belə şeyləri görürük, məcburən sənət adamları çəkilib, oturmuşuq bir kənarda. Senzura olmalıdır, efirlərə hər oxuyanı dəvət etmək olmaz. Bu gün açıq-saçıq geyinib orasını-burasını göstərənlər dəbdədir. Biz o tərbiyənin yiyəsi deyilik axı. Sənət adamının oxumağı da, geyimi də, tərbiyəsi də yerində olmalıdır. Amma bu gün istər sosial şəbəkələrdə, istərsə də özəl telekanallarda soyunub, bədənlərini göstərənlər nümunə olub. Onlara baxan uşaq, yeniyetmə, cavan hansı tərbiyəni götürəcək. Biz həmişə efirə baxıb sənətkarlarımızı özümüzə örnək sayırdıq. Amma indi soyunanlara baxıb, örnək götürürlər, deyirlər, mən də onun kimi soyunum, bədənimi göstərim, gedim qabağa. Bu, sənət deyil axı. Biz sənətkarların haqqıdır ki, iradlarımızı bildirək, sözümüzü deyək. Çünki milli musiqimizi qoruyub, gələcək nəsillərə çatdırmaq sənət adamlarının borcudur".

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16606
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11695
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5323
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5237
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3681
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3227
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3198
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2993
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2727
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2663
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2500
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2456
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2369
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2255
Hidayət Heydərov dünya çempionu oldu
2021
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1879