AZ

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Naxçıvan dünyada ən qədim insan məskənlərindən biri hesab olunur. Təsadüfi deyil ki, Azərbaycanın memarlıq inciləri olan Möminə Xatun türbəsi və Xan Sarayı da məhz Naxçıvanda yerləşir. Bu diyarda qədim tikililərə, müxtəlif əsrlərə aid tarixi abidələrə, mədəni irs nümunələrinə rast gəlmək mümkündür. Naxçıvan haqqında çox sayda rəvayətlər və əfsanələr mövcuddur. Naxçıvan Azərbaycan xalqına və dünyaya dahi insanlar, mütəfəkkirlər, sərkərdələr bəxş edib. Ulu Öndər Heydər Əliyev belə şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz dünya lideridir. O, həyatı boyunca doğma Vətəninə, xalqına sadiqlik nümunəsi göstərib, ölkəmizin tərəqqisi, yüksəlişi üçün əlindən gələni edib. Dahi lider Naxçıvanın davamlı inkişafını hər zaman diqqətdə saxlayıb, onun gələcəyi ilə bağlı ən vacib qərarların qəbul edilməsinə nail olub.

Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür. Muxtar Respublikada elmin və təhsilin inkişafına hər zaman xüsusi diqqət göstərilir, təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda Naxçıvanda bir neçə ali təhsil müəssisəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Heydər Əliyev adına Hərbi Lisey, 200-dən çox ümumtəhsil məktəbi, eləcə də orta ixtisas və peşə məktəbləri fəaliyyət göstərir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova bildirib. Onun sözlərinə görə, muxtar respublikada fəaliyyət göstərən alim və mütəxəssislər qədim diyarın tarixi, ədəbi-mədəni mühiti, memarlıq nümunələri, iqtisadiyyatı, təbii ehtiyatları və s. ilə bağlı əsaslı tədqiqatlar aparır, mühüm elmi nəticələr əldə edirlər. AMEA-nın Naxçıvan Bölməsinin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclasında bildirilib ki, ötən il Naxçıvan Bölməsində 12 monoqrafiya, 8 kitab, 1 metodik vəsait, 188 elmi məqalə, 93 konfrans materialı və 5 tezis olmaqla 307 elmi əsər nəşr edilib. Əsərlərdən 48-i xaricdə, 190-ı nüfuzlu beynəlxalq elmi jurnallarda çapdan çıxıb. Məqalələrdən 3-ü “Scopus” bazasında olmaqla, 8-i impakt faktorlu jurnalda dərc edilib.

“Bu gün Naxçıvan tarixdə ən qızıl dövrünü yaşamaqdadır. Muxtar respublika bütün sahələrdə yüksək inkişafa nail olub, burada ərzaq və enerji, eləcə də müdafiə təhlükəsizliyi təmin olunub. Azərbaycan xalqının çoxəsrlik nailiyyətlərini, mədəni irsini özündə yaşadan Naxçıvanda milli və dini dəyərlərə hörmətlə yanaşılır, elm və təhsil inkişaf etdirilir, adət-ənənələr qorunub saxlanılır, qədim yaşayış yerləri, tarixi memarlıq nümunələri bərpa olunur.

İnanırıq ki, 100 yaşı olan qədim diyarımız Naxçıvan bundan sonra daha da çiçəklənəcək, dövlətimizin inkişafı, cəmiyyətimizin tərəqqisi və milli vəzifələrimizin həyata keçirilməsi yolunda öz töhfələrini verməkdə davam edəcək. Eyni zamanda, Naxçıvanda fəaliyyət göstərən ziyalılar, elm adamları mühüm elmi nailiyyətləri, qlobal çağırışlara cavab verən tədqiqatları ilə Azərbaycan elminin inkişafında əhəmiyyətli rol oynayacaqlar”, - deyə N.Qəhrəmanova fikrini yekunlaşdırıb.

Seçilən
33
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3917
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3642
Bu yol qovşağında təmir işləri aparılacaq
3139
Bakıda hoteldə yanğın başlayıb
2716
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1826
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1685
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1550
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1470
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1441
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1268
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1262
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1177
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1168
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
986
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
961
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
944
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
930
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
878
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
855
Sabah 5 kəndin qazı kəsiləcək
788