AZ

Ekspert aparıcının düşdüyü qəzanı şərh etdi

Məlum olduğu kimi, dünən səhər saatlarında Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai" markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və dünyasını dəyişib.

Bütün qəzalarda olduğu kimi, burada da hər kəsi maraqlandıran bir məqam var. O da kimin təqsirli olmasıdır. Hadisə ilə bağlı dünəndən etibarən görüntülər paylaşılmağa başlayıb. Sözügedən görüntülərlə bağlı bir sıra fikirlər irəli sürülüb.

Milli.Az xəbər verir ki, qəza barədə "Yeni Sabah"a danışan nəqliyyat eksperti Elməddin Muradlı hadisəni belə şərh edib:

"Yəqin ki, görüntülər artıq istintaq orqanlarında da var. Baxış keçirilib, aidiyyatı üzrə araşdırılıb sonda qərar veriləcək. Orada hərəkətin təşkili ilə bağlı ola bilsin ki, xırda elementlər var. Amma Aytən Səfərova bu məsələdə günahkar deyil. Bu, mənim şəxsi fikrimdir. Görüntüləri izləyəndən sonra mən bu qərara gəlmişəm. Ola bilsin, orada başqa bir avtomobil var. O sürücü qarşı tərəfi çaşdırır və bilmədən yol ayrıcına daxil olur. Həmkarımız olduğuna görə demirəm Aytən xanım günahsızdır. Əgər onun xətalı olduğunu müşahidə etsəm, bunu qeyd edərdim. O, normal sürətlə yol ayrıcına daxil olur. Daha sonra qarşı tərəfin də yol ayrıcına daxil olması onların toqquşmasına səbəb olur. Məsələ bu qədər sadədir. Hər şey göz önündədir. Aidiyyatı qurumlar da bu məsələ ilə bağlı rəylərini ictimaiyyətə yaxın zamanda təqdim edəcəklər".

Ekspert bildirib ki, belə hadisələrdən insanlar nəticə çıxarmalıdır:

"Hadisə zamanı dünyasını dəyişən şəxs var. Gənc bir adam həyatını itirib. Ancaq görüntülərə baxanda belə başa düşürük ki, bu şəxs təhlükəsizlik kəmərini taxmadığına görə, qəzada həlak olub. Ona görə də hər bir sürücü və sərnişin sözügedən qaydalara əməl etməlidir. İstənilən halda, belə hadisələr hər kəsə dərs olmalıdır. İnsanlar bu qəzalardan nəticə çıxarmalıdır. Bəzi adamlar maşına oturur, nə özü kəmər taxır, nə də yanındakı şəxsin kəmər taxmasını təmin edir. Beləliklə, nəticə ağır fəsadlarla yekunlaşır. Hər bir halda, istintaqın gedişi zamanı bu detallar üzə çıxacaq. Hesab edirəm ki, istintaq orqanları da məsələyə düzgün və obyektiv olaraq yanaşıb qiymətləndirəcəklər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
24
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
759
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
475
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
365
Bu yol qovşağında təmir işləri aparılacaq
312
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
188
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
176
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
169
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
133
Çingiz Mustafayevin toyudur - FOTOLAR
125
Bakıda 9 otaqlı evdə yanğın baş verib
120
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
116
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
103
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
86
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
78
Sabah 5 kəndin qazı kəsiləcək
73
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
70
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
64
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
41
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
37