AZ

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Politoloq:

Bakı, 18 aprel, AZƏRTAC

Fransanın Azərbaycandakı səfirinin geri çağırılması bu ölkədə diplomatiyanın səviyyəsinin nə qədər aşağı düşdüyünü göstərir. Beynəlxalq təcrübəyə əsasən, xüsusən də böyük dövlətlərdən söhbət gedəndə, onlar müəyyən regionlarda maraqlar tarazlığını elə bir şəkildə təmin etməyə çalışırlar ki, digər amillərlə yanaşı, orada baş verən proseslərə diplomatik münasibətlərin səmərəli işləyən kanalları vasitəsilə təsir göstərsinlər. Bu kontekstdə bu və ya başqa regionlardakı proseslərdə tarazlığın və proporsional təsirin təmin edilməsi üçün bütün ölkələrdə diplomatik nümayəndəliklərin fəaliyyət göstərməsi məqsədəuyğundur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında azərbaycanlı politoloq İlqar Vəlizadə bildirib. Ekspert əlavə edib: “Digər tərəfdən, Fransa diplomatiyasının təşəbbüsü ilə faktiki olaraq diplomatik nümayəndəliyin səviyyəsinin azaldılması müşahidə olunur ki, bunun bariz əlamətlərini səfirin geri çağırılmasında görmək olar. Yəni Fransa bu cür hərəkətləri ilə regionda özünün təsir alətlərini məhdudlaşdırır. Təsir ikitərəfli təmasların intensivləşdirilməsi, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi, həm siyasi dialoq, həm də iqtisadi baxımdan bir sıra sahələrdə birgə addımların atılması ilə həyata keçirilir”.

Politoloqun fikrincə, Fransa öz fəaliyyəti və açıq şəkildə ermənipərəst mövqeyi ilə regionda təsir rıçaqlarını məhdudlaşdırır. O əlavə edib: “Təsir bu və ya digər ölkəni sıxışdırmaqla, hansısa təzyiq göstərmək yolu ilə həyata keçirilmir. Adətən, bu təcrübə əks effekt verir. Yumşaq güc alətlərini tətbiq etməklə təsir edə bilərsiniz. Fransanın bizim regionda Makronun dövründə hansı yumşaq gücdən istifadə etdiyini, əlbəttə ki, hamımız çox yaxşı görürük. Bütün bunlar Fransa diplomatiyasının aşağı səviyyəsinin, tamamilə savadsız yanaşmasının sübutudur. Üstəlik, bu yöndəmsiz xarici siyasət xətti ən primitiv alətlər səviyyəsində həyata keçirilir. Bu, təkcə bizim regionda deyil, Qərbi Afrika və Yaxın Şərqdə də baş verir. Ona görə də bu siyasətin nəticələri onun səmərəsiz olduğunu açıq şəkildə göstərir”.

İ.Vəlizadə bu nəticələrin acınacaqlı olduğunu qeyd edib: “Fransa Afrikadan qovulub, Parisin son dərəcə aşağı nüfuzu bu gün Yaxın Şərqdə, Azərbaycanda, ərəb dünyası ölkələrində, Cənubi Qafqaz regionunda, Avropada görünür. Bu, ölkənin idarəçiliyinə uzaqgörən olmayan insanların gəlməsinin və əvvəlki nəsillərin diplomatik səylərinin bəhrəsinin yox edilməsinin nəticəsidir”.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21104
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19323
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18265
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17655
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16846
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16654
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16100
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15506
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11975
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11263
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9110
"Zaur, yenə çaşdın..." - VİDEO
8871
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8314
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7997
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7512
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7154
Minimum əmək haqqı nə qədər arta bilər?
7086
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6358
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5765