AZ

Ançelottinin Qvardiola üzərindəki qələbələri: Heç bir məşqçi bunu bacarmayıb

\"Real Madrid\"in baş məşqçisi Karlo Ançelotti Pep Qvardiolanın komandasını 3 dəfə Çempionlar Liqasından kənarlaşdıran ilk məşqçi olub.

İndiyədək müasir futbolda heç bir məşqçi bunu bacarmayıb.

Ançelotti Qvardiolanı ilk dəfə 2014-cü ildə Çempionlar Liqasının yarımfinalında \"Real Madrid\" \"Bayern\"i məğlub edəndə (1:0, 4:0) qalib gəlib.

İtaliyalı mütəxəssis ikinci dəfə 2022-ci ildə \"Mançester Siti\"nin hazırkı baş məşqçisini məğlub edib.
Ötən gün də UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyununda Ançelotti \"kral klubu\"nun sükanı arxasında Qvardiolanın \"Siti\"sinə qalib gələrək (3:3, 3:4) turnirin finalına yüksəlib.

Qeyd edək ki, \"Real\" Çempionlar Liqasının yarımfinalında \"Bavariya\" ilə, digər yarımfinalda \"Borussiya\" PSJ ilə qarşılaşacaq.
Seçilən
30
50
Mənbələr
Şərh ()
Bağla