AZ

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin fəaliyyəti ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev 2016-cı ildən fəaliyyət göstərən bu layihənin əhatə dairəsinin genişləndiyini bildirib. Qeyd edib ki, layihə bu tədris ilindən Gəncə, Lənkəran, Masallı və Cəlilabad şəhərlərində ümumilikdə 12 məktəbdə tətbiq olunur. Beləliklə, layihə Bakı, Sumqayıt, Abşeron da daxil olmaqla hazırda ölkə üzrə 238 məktəbi əhatə edir.

Rüstəm Ağayev, həmçinin qeyd edib ki, məktəblinin dostlarının əsas vəzifələri müəllimlər, şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdır.

Elm və təhsil nazirinin müşaviri Azər Abizadə çıxışında “Məktəblinin dostu” layihəsinin fəaliyyəti ilə bağlı aparılmış elmi araşdırmanın nəticələrini təqdim edib. Nazir müşaviri diqqətə çatdırıb ki, araşdırma çərçivəsində layihənin tətbiq olunduğu məktəblərdə şagird və valideynlər arasında sorğu aparılıb. Sorğular məktəblinin dostları tərəfindən şagirdlərə tibbi, psixoloji yardımın göstərilməsi, onlarda zərərli vərdişlərin aradan qaldırılması və digər istiqamətləri əhatə edib.

Sonra sözügedən layihənin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev layihənin uğurlu təşəbbüslərdən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, təhsil müəssisələrində təhlükəsiz mühitin daha da təkmilləşdirilməsində məktəblinin dostlarının dəstəkləyici rolu təqdirəlayiqdir.

Ölkənin bütün ümumi təhsil müəssisələrində bu layihənin tətbiqinin arzu edilən olduğunu deyən Emin Əmrullayev diqqətə çatdırıb ki, layihə gənclərin məşğulluğuna da müsbət təsir göstərir. Emin Əmrullayev, həmçinin vurğulayıb ki, xüsusilə pedaqoji ixtisasları bitirən məzunlar üçün bu layihədə işləmək onların məktəb mühitində yaxşı təcrübə toplamaları və təhsil sahəsində karyeralarını qurmalarına şərait yaradır.

Sonda tədbir iştirakçılarının layihə ilə bağlı rəyləri dinlənilib və müzakirələr aparılıb.

Seçilən
94
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1356
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
939
Bu yol qovşağında təmir işləri aparılacaq
608
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
441
Bakıda 9 otaqlı evdə yanğın baş verib
427
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
377
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
332
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
311
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
305
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
249
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
223
Çingiz Mustafayevin toyudur - FOTOLAR
216
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
190
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
167
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
129
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
96
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
89
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
83