Bu gün saat 16:45 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.ADY-dən AzVision.az -a verilən məlumata görə, maşinist təcili əyləcləmə aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.
Həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
AzVision.az