AZ

Milli Məclisin sədri: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə diqqət yetirdiyi əsas məsələlərdən biri də neokolonializmə qarşı mübarizə olub. Təəssüf ki, XXI əsrdə müstəmləkəçilik təfəkkürü hələ də davam etməkdədir.

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev neokolonializmi keçmişin utancverici mirası adlandırıb. Bu mirası davam etdirən ölkələrdən ən birincisi də Fransadır.

Milli Məclisin sədri qonaqların diqqətinə çatdırıb ki, keçmişdə öz müstəmləkələrində apardığı qeyri-qanuni fəaliyyətlərə, törətdiyi cinayətlərə görə üzr istəmək əvəzinə, Fransa öz müstəmləkə siyasətini yeni formalarla, metodlarla davam etdirir, özünün dənizaşırı ərazilərindəki xalqların azadlıq istəklərinə, müstəqil olmaq hüquqlarına hörmət etmir, bütün vasitələrlə onların qarşısını almağa çalışır.

Sahibə Qafarovanın sözlərinə görə, neokolonializm siyasətinin əsasında irqçilik, ksenofobiya, özünü, öz hüquqlarını, mənafelərini digərlərindən üstün tutmaq dayanır.

Yeni Kaledoniyada əhalinin yarıdan da çoxunun iştirakı olmadan keçirilmiş referendumun nəticələri və törədilən əngəllər barədə danışan Milli Məclisin sədri, XXI əsrdə Fransanın belə primitiv vasitələrə əl atmaqla, xalqların hüquqlarını kobud şəkildə pozmasının qəbuledilməz olduğunu deyib.

Seçilən
76
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
767
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
475
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
365
Bu yol qovşağında təmir işləri aparılacaq
312
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
190
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
176
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
170
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
133
Çingiz Mustafayevin toyudur - FOTOLAR
125
Bakıda 9 otaqlı evdə yanğın baş verib
120
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
117
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
103
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
86
Sabah 5 kəndin qazı kəsiləcək
82
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
78
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
70
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
64
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
41
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
37