AZ

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan “MKT İstehsalat Kommersiya” MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Səbinə Nuriyeva iş üzrə hakim təyin edilib.

Şamo Ağayevin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.

Əldə etdiyimiz məlumatlarda iddia edilir ki, Şamo Ağayev bir müddət əvvəl işdən çıxarılıb. O, hesab edir ki, rəhbərliyin qərarı qanunsuzdur. Bu baxımdan, məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib.

HƏMÇİNİN BAX:
Heydərova məxsus olduğu deyilən daha bir şirkət məhkəmə qarşısında

“MKT İstehsalat Kommersiya” MMC 23 aprel 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 357 263 923,51 manatdır. Şirkətin qanuni təmsilçisi Həsənov Rövşən Həsəın oğludur.

Uzun illərdir ki, şirkətin Kəmaləddin Heydərova məxsus olduğu haqqında mediada yazılır. Həmçinin iddia edilir ki, nazirin bu şirkətdə ortaqları da var. Yəni, “MKT İstehsalat Kommersiya” MMC tam olaraq Kəmaləddin Heydərova məxsus deyil.

HƏMÇİNİN BAX:
Heydərovun nəzarətində olduğu deyilən şirkət ölkədən valyuta çıxarmaqda ittiham olunur

Bir neçə gün əvvəl nazirin başqa bir şirkəti – “Baku İnternational Tabacco”nun barəsində inzibati iş başlanıb. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham irəli sürülüb. İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib./Qaynarinfo

Seçilən
88
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
993
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
635
Sabah 5 kəndin qazı kəsiləcək
485
Bu yol qovşağında təmir işləri aparılacaq
418
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
396
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
243
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
232
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
232
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
209
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
191
Çingiz Mustafayevin toyudur - FOTOLAR
161
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
145
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
143
Bakıda 9 otaqlı evdə yanğın baş verib
126
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
108
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
99
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
70
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
65
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
50