AZ

Yeni Kaledoniya komitə sədri: Fransa etnik azlıqların hüquqlarını məhdudlaşdırmağa çalışır

"Fransa müstəmləkəçilik siyasətini artıq qanunvericilik baxımından da reallaşdırmağa çalışır".

APA xəbər verir ki, bunu Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Omayra Naiselin bunu Milli Məclisdəki mətbuat konfransında bildirib.

O deyib ki, rəsmi Paris bunda minlərlə insanın qərarına təsir göstərmək məqsədi güdür: "Yeni Kaledoniya zaman-zaman Fransa ilə müxtəlif müqavilələr imzalayıb. Onların vasitəsilə Fransa Yeni Kaledoniya xalqının müqəddəratını və müstəqilliyinə dəstək göstərməli idi. Lakin bu gün Fransa konstitusiyada dəyişikliklər etməklə, etnik azlıqların hüquqlarını məhdudlaşdırmağa çalışır. Bu gün Fransa öhdəliklərinə riayət etməyərək, bununla da tərəfsizlikdən kənarlaşır. Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını təyin etməklə bağlı üçüncü referendumun keçirilməsinə mane olmağa çalışır. COVID-19 pandemiyası dövründə də referendum keçirilmişdi. Bizim kimi müstəqillik tərəfdarları olan hərəkatlar bizə dəstək nümayişi etdirməyə başladılar. Referendumun nəticələrinə üçüncü baxış heç də ədalətli deyildi. Halbuki, bu, bizim üçün son dərəcə vacib idi. 2020-ci ildəki referendumda əhalinin 85 faizi iştirak etmişdi, amma 2023-cü ildə isə bu rəqəm 43 faizə düşmüşdü. Bu il əyalətlərdə də seçki keçirilməli olsa da, bu proses təxirə salındı. Fransa hökuməti yerli kanat xalqına aid olmayan 30 min nəfərin referendumda iştirakını əngəlləmək də istəyirdi. Biz hesab edirik ki, dünya ictimaiyyəti bütün xalqların öz müqəddəratını təyin etmək hüququnu tanımalıdır. Biz müstəqillik uğrunda mübarizəmizi davam etdiririk".

Seçilən
76
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4354
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3841
Bu yol qovşağında təmir işləri aparılacaq
3368
Bakıda hoteldə yanğın başlayıb
2877
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1995
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1817
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1645
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1608
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1591
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1409
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1386
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1304
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1294
Azərbaycan nefti ucuzlaşıb
1277
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1080
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1076
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1075
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1068
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
1024
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
928