AZ

Azərbaycanı yenidən AŞPA-da görmək istəyirəm - AŞ Nazirlər Komitəsinin rəhbəri 

Avropa Şurası Nazirlər Komitəsinin rəhbəri, Lixtenşteynin xarici işlər naziri Dominik Hasler Azərbaycan nümayəndə heyətini tezliklə Parlament Assambleyasında görmək istədiyini bildirib.

Modern.az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında irlandiyalı deputat Pol Havanın sualına cavab verən Dominik Hasler deyib:

“Hesab edirəm ki, bizim bir-birimizə ehtiyacımız var və ümid edirəm ki, Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz yerinə qayıdacaq”.

O daha sonra əlavə edib:

“Ümid edirəm ki, nümayəndə heyətinin tezliklə geri qayıtması ilə tərəflər arasında əməkdaşlıq və dialoq bizi birləşdirən dəyərlərin maraqları naminə davam edəcək”.

 Dominik Haslerin sözlərinə görə, o, Nazirlər Komitəsinin sədri kimi hamı üçün ən məqbul həll yolunu tapmaq məqsədilə üçtərəfli müzakirə təşkil edib.
 

O qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin qayıdışı ümumi ideyaların qorunması və təbliği baxımından, xüsusən də təşkilatın 75 illik yubileyinin qeyd olunması üçün mühüm əhəmiyyət kəsb edir.
 

“Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra demokratikləşmə prosesində AŞ-nin dəstəyindən yararlanıb və AŞ da öz dəyərlərini təbliğ etmək və əhatə dairəsini genişləndirmək üçün Azərbaycandan faydalanıb. Bu, qarşılıqlı faydalı əməkdaşlıqdır və iş başa çatmayıb, ciddi islahatlar tələb edir”, - deyə Lixtenşteyn Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.

Xatırladaq ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti 2024-cü ilin yanvarında bu qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırıb. Nümayəndə heyəti bu addımını AŞPA-da Azərbaycana qarşı aparılan qərəzli kampaniya ilə əlaqələndirib.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21523
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19386
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18306
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17740
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17054
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16892
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16147
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15593
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12082
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11295
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9550
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8551
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8035
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7581
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7219
Minimum əmək haqqı nə qədər arta bilər?
7111
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6433
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5799