AZ

Ərini öldürməkdə təqsirləndirilən qadının cəzası yüngülləşdirilib

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. SİA xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyinə görə, o, hadisəni törədərkən güclü ruhi həyəcan vəziyyətində-fizioloji affekt vəziyyətində olub, öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmayıb.

Bundan sonra prokurorluq tərəfindən Ə. Məmmədovanın əməli Cinayət Məcəlləsinin 122.1-ci maddəsinə tövsif edilib və barəsində ittiham aktı tərtib edilərək baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi olan bacısı işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılmasını istəyib. Bildirilib ki, ibtidai istintaq tərəfindən təqsirləndirilən şəxsə natamam və anlaşılmaz ittiham irəli sürülüb, tərtib edilmiş ittiham aktı Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd olub.

Eyni zamanda təqsirləndirilən şəxsin müdafiəçisi onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair vəsatət verib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Proses aprelin 29-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Corat qəsəbəsində qeydə alınıb. İmanov Ağahüseyn Hüseynağa oğlunun həyat yoldaşı 34 yaşlı Məmmədova Əfsanə İlham qızı tərəfindən xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub. Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Seçilən
50
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4171
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3737
Bu yol qovşağında təmir işləri aparılacaq
3270
Bakıda hoteldə yanğın başlayıb
2823
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1927
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1775
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1582
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1580
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1532
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1380
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1325
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1246
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1242
Azərbaycan nefti ucuzlaşıb
1176
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1028
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1020
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
994
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
989
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
948
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
912