AZ

U-17 millimizin heyətində dəyişiklik: Kərimovu Həsənov əvəzlədi

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) heyətində dəyişiklik edilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, İspaniyanın “Marset” Futbol Akademiyasından milliyə cəlb olunan qapıçı Elbrus Kərimov məşq zamanı zədələnib.

Onun əvəzinə “Neftçi” klubundan Məhdi Həsənov yığmaya dəvət alıb.

Qeyd edək ki, aprelin 16-dan toplanışa başlamış millimiz ayın 21-nə qədər Bakıda hazırlıq keçəcək. Yığmamız aprelin 22-dən 28-nə qədər isə Belarusun paytaxtı Minskdə təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək. U-17 turnir çərçivəsində Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.

Seçilən
73
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq