AZ

AQTA sədri: Azərbaycan dünyada qidası təhlükəsiz olan ən öndəgedən ölkələrdən biridir

Dünyada elə bir ölkə yoxdur ki, orada qida təhlükəsizliyi 100 faiz təmin olunsun. Dünyanın hər yerində qida təhlükəsizliyinə görə yüz faizlik cavabdeh sahibkardır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, Azərbaycanda təəssüf doğuran məsələ ondan ibarətdir ki, istehlakçıların bu məsələyə yanaşması bir qədər fərqlidir: "Ölkədə hazırda 50 mindən çox ticarət şəbəkəsi var. Amma ticarət şəbəkələrində satılan vaxtı keçmiş ərzaq məhsullarına görə ittiham qida təhlükəsizliyi orqanının üzərinə düşür. Dünyada isə qida təhlükəsizliyinə nəzarət sistemi belədir ki, cavabdeh sahibkardır, ictimai nəzarət istehlakçıdadır. Qida təhlükəsizliyi orqanı isə tənzimləyicidir. Bu orqan sahibkarla istehlakçı arasında münasibətləri tənzimləyir. Hazırda qida təhlükəsizliyi sahəsində bir sıra çatışmazlıqlar var. Bunun biri ondan ibarətdir ki, hazırda Qida Təhlükəsizliyi Agentliyi qəfil yoxlamalar həyata keçirə bilmir. Qanunvericilikdə olan maneə bizə imkan vermir ki, plandankənar yoxlama həyata keçirək. Dünyada qida təhlükəsizliyi sahəsində nəzarət sistemi öncədən xəbər vermədən aparılır. Bizdə isə hazırda qanunvericilik buna imkan vermədiyi üçün 1 il əvvəldən yoxlanılacaq müəssisələr haqqında məlumat veririk. Həmin müəssisələrə öncədən xəbərdarlıq edirik ki, konkret bu müddətdən sonra sizi yoxlamağa gələcəyik. Sahibkar maksimum çalışır ki, həmin dövrə hazırlığını həyata keçirsin. Ondan sonra isə hansısa pozuntuları həyata keçirə bilirsə, yenidən davam etdirsin".

AQTA sədri bildirib ki, Azərbaycanda istehlakçıların ictimai nəzarəti aşağı səviyyədədir: "Azərbaycanda 100 min nəfərə görə zəhərlənmə 4 hadisə, Avropa Birliyi ölkələrində isə 10 hadisədir. Azərbaycanda 2023-cü ildə baş verən 143 zəhərlənmənin 104-ü məişətdə baş verib. Bu, ondan xəbər verir ki, ilkin istehsal zamanı qablaşdırmadan, saxlanmadan, satışdan daha çox biz özümüz onu istehlak edərkən, ev şəraitində həmin qidanı təhlükəli edirik. Qidanın təhlükəliliyi yalnız onun istehsalı, daşınması, qablaşdırılması prosedurunda deyil, eyni zamanda onun istehlakı prosedurundadır. Azərbaycanda son zamanlar dönərxanalarda baş verən zəhərlənmələrlə əlaqədar mətbuatda da məlumat yayıldı. Qəribə də olsa, Azərbaycan satıcısı hələ də elementar gigiyenik qaydalara əməl edib əllərini lazımi şəkildə yuya bilmir. Məsələn, qəssab mətbəxdə iş görən zaman bıçaqla əlini zədələyir və orada irinli yara əmələ gəlir. Həmin irinli yaranı da asanlıqla dönərə və yaxud lüləyə keçirir. Beləliklə 30-40 adamda mədə-bağırsaq pozğunluqları ilə bağlı hal ortaya çıxır. İnsanlarda belə bir təəssürat yaranır ki, bu, həmin qidanın özündə baş verən pozuntu ilə bağlıdır. Əslində isə qidanın özü ilə düzgün davranış qaydalarına riayət etməyi öyrənməliyik. Bizdə nədənsə elə təəssürat yaranıb ki, digər ölkələrdə qida həddindən artıq sağlamdır, bizdə isə ona qarşı münasibət həddindən artıq kritikdir. Bu, belə deyil. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Azərbaycan dünyada qidası təhlükəsiz olan ən öndəgedən ölkələrdən biridir".

Q.Təhməzli onu da qeyd edib ki, qanunvericiliyə görə hazırda Azərbaycanda istehsal olunan məhsulların daxilində at ətindən istifadə olunmur: "Kəsim yerlərindəki at ətləri Qazaxıstana ixrac olunur. Azərbaycanda at sahəsində xəstəliklər aradan qaldırıldığı üçün diri atın ixracına icazə verilir. Qazaxıstan, Qırğızıstan və Monqolustan kimi ölkələr Azərbaycandan ixrac həyata keçirirlər".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24324
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13680
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11829
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8422
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6084
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5792
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəisi öldü, Pakistanda matəm elan edildi
5701
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5597
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4023
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3866
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3777
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3599
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3387
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3139
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2796
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2573