AZ

FHN Bakı Avropa liseyində təlim keçdi

Fövqəladə Hallar Nazriliyinin (FHN) Bakı Avropa liseyində fövqəladə hallarla bağlı davranış qaydaları barədə müəllim və şagirdlərin maarifləndirilməsi məqsədilə təlim keçirib.

Publika.az xəbər verir ki, təlim FHN-in Bakı Regional Mərkəzinin təşkilatçılığı və İctimaiyyətlə əlaqə idarəsinin dəstəyi ilə baş tutub.

Təlimdə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin, habelə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının heyəti iştirak edib.

Təlimin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə şagirdlərə müvafiq biliklərin verilməsi olub.

Tədbiri giriş sözü ilə açan FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov tədbirin məqsədi barədə məlumat verib, maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
7
publika.az

3Mənbələr