AZ

“Unibank”dan 42 milyon depozit geri çəkildi - Aktivləri və istehlak kreditləri azalıb

“Unibank”  2024-cü ilin I rübünün maliyyə hesabatını açıqlayıb. 

 

Cari ilin I rübündə bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 71% artaraq 7 milyon 344 min manata yüksəlib. Ötən ilin I rübündə bank 4 milyon 290 min manat xalis mənfəət əldə etmişdi.

 

Hesabat dövründə bankın xalis faiz gəlirləri 16.7% artaraq 35 milyon 943 min manata, qeyri-faiz gəlirləri 6.8% azalaraq 24 milyon 396 min manata bərabər olub. Bu dövrdə bankın əməliyyat mənfəəti 16 milyon 377 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə  müqayisədə 15% çoxdur.

 

2024-cü ilin birinci rübündə “Unibank” kiçilib. Belə ki, cari ilin aprel ayının 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 1.3% və ya 2 milyon manat azalaraq 1 milyard 588 milyon manata enib. Bankın aktivlərinin 66%-ni ( 1 milyard manat) müştərilərə verilmiş kreditlər təşkil edir. Bankın istehlak kredit portfeli ilin əvvəli ilə müqayisədə 19.7 milyon manat və ya 3.2% azalaraq 607.8 milyon manat təşkil edib.

 

Cari ilin üç ayı ərzində müştərilər  42 milyondan çox depoziti bankdan geri götürüblər. Belə ki, fiziki şəxslərin depozit portfeli 4.5 milyon manat azalaraq 936,7 milyon manata, hüquqi şəxslərin depozitləri 37.9 milyon manat azalaraq 236.7 milyon manata enib.

 

Bankın ümumi depozit portfeli isə ilin əvvəlindən 3.5% və ya 42,4 milyon manat azalaraq 1 milyard 173 milyon manat manat təşkil edib.  

 

2024-cü ilin aprel ayının 1-nə “Unibank”ın öhdəlikləri ilin əvvəlinə nisbətən 0.3%  azalaraq 1 milyard 437 milyon manata, cəmi kapitalı isə 1.3% artaraq 150.8 milyon manata bərabər olub./Yenisabah.az

Tarix: 18 Aprel 2024, 11:35   
Seçilən
81
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28487
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27163
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
20444
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18195
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14832
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10441
Sabah 20 dərəcə isti olacaq
10220
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
9119
May ayında Azərbaycana qar yağdı - VİDEO
9042
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8879
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8609
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7544
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7214
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7194
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6827
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6656
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6636
Azərbaycan nefti ucuzlaşıb
6292
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6264