AZ

Adətən kişilərdə görülən ağciyər xərçəngi qadınlarda da artıb - Mütəxəssislər açıqladı

\"Ölkəmizdə qadınlarda ağciyər xərçənginə tutulma halları digər xərçəng növləri ilə müqayisədə 4-cü yerə yüksəlib” 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyəli mütəxəssislər deyib və onlar bu vəziyyətin nəyə görə artdığını açıqlayıblar.  

Mütəxəssislər son zamanlara qədər ən çox kişilərdə görülən ağciyər xərçənginin son illərdə xüsusilə qadınlarda siqaret səbəbiylə artdığını vurğulayıblar. 

Türkiyədə qadınlarda ağciyər xərçənginə tutulma halları digər xərçəng növləri ilə müqayisədə 4-cü yerə yüksəlib. 

Dr.Alper Avcı bildirib ki, Ağciyər toxuması təzyiqə qarşı həssas olmadığı üçün xərçəng ilk vaxtlar özünü büruzə vermir. 

Ona görə də xəstələr çox gec gəlirlər. Bu səbəbdən əməliyyata yararlı olan zamana çata bilmirlər. 

Belə xəstələr  adətən sinə ağrısı və öskürək şikayətləri ilə müraciət edirlər. 

Ancaq bu əlamətlər bir çox xəstəlikdə göründüyü üçün çox vaxt gözdən qaçırılır. Ətraflı rentgenoloji müayinələr nəticəsində ağciyərdə kütlə olduğu üzə çıxır.  

Nəticədə onun diaqnozu və müalicəsi planlanır. 

Oksana 
Seçilən
139
14
Mənbələr
Şərh ()
Bağla