AZ

Paşinyandan ŞOK SÖZLƏR: Sərhədçilər Əskiparanın sahilində yerləşdirilir, Azərbaycan 50 metrlikdədir

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə aşağıdakıları söyləyib: "Azərbaycanla yaxınlıq erməniləri ruhlandırmalıdır. Məqsədimiz, ideyamız ondan ibarətdir ki, “Azərbaycan 50 metr uzaqdadır” deməyinizi həyəcanla deyil, “yaxşı ki, Azərbaycan 50 metr aralıdadır deməkdir: orada ticarətlə məşğul olacağıq, təsərrüfat yaradacağıq” ola bilsin ki, oradan avtomobillər keçsin və Ermənistan Respublikasına ödənişlər ediləcək keçid məntəqəsi də tikilsin”.

Nikol Paşinyan Tavuşda insanlara Azərbaycan tərəfi ilə daha bir razılaşma əldə etdiyini bildirib. Bu barədə Ermənistan parlamentinin Tavuşdan olan deputatı Qarnik Danielyan bildirib. Razılaşmaya görə, Azərbaycan sərhəd qoşunları ərazidəki çayın yaxınlığında yerləşdiriləcək: "Voskerparda (Əskipara - red.) kilsədən bir az aşağıda çay var. Paşinyan bildirib ki, orada sərhəd qoşunları yerləşdirilməlidir, lakin yolun daha aşağısında. O, azərbaycanlılarla 100 faiz deyil, 90 faiz yazılı və ya şifahi şəkildə razılaşdığını deyib".
Qeyd edək ki, Paşinyanın nəzərində tutduğu çay Əskipara çayıdır. Coqas çayının (Ağstafa çayı hövzәsi) sol qolu olan bu çayın uzunluğu 28 km-dir. Çay Quqaras silsilәsinin yamacından (1850 m hünd.-dәn) başlanır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi şərhçi Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Seçilən
99
7
Mənbələr
Şərh ()
Bağla