AZ

Azərbaycan dövlətinin Lideri ölkəmizin maraqlarını ən yüksək səviyyədə qoruyur

Bakı. Trend:

Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi bölgədəkimövcud reallığın nəticəsidir.

Trend xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı QüvvələrVeteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovbildirib. Polkovnik qeyd edib ki, 2020-ci illə müqayisədə bu günQarabağda tamam fərqli bir mənzərə mövcuddur:

“Xatırladaq ki, Qarabağda Rusiya sülhməramlıları 10 noyabrüçtərəfli bəyanata uyğun olaraq yerləşdirilmişdi. Həmin vaxtQarabağda qanunsuz erməni silahlı birləşmələri mövcud idi.Ölkəmizin suverenliyi tam bərpa edilməmişdi və bölgədə hərbiqarşıdurma ehtimalı öz mövcudluğunu qoruyub saxlayırdı. Lakin2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyilokal antiterror tədbirləri nəticəsində bölgədəki bütün ermənisilahlı birləşmələri zərərsizləşdirildi. Azərbaycan özsuverenliyini tam bərpa etdi. Həmin ərazidə yaşayan bütünvətəndaşların, eləcə də erməni əsilli şəxslərin təhlükəsizliyi tamtəmin edildi. Belə olan halda Rusiya sülhməramlılarının bölgədəqalması heç bir məna kəsb etmirdi. Məhz bu səbəbdən də Rusiya vəAzərbaycan rəhbərliyi arasında sülhməкamlıların vaxtından tezbölgədən çıxarılması ilə bağlı razılıq əldə edildi”.

Polkovnik qeyd edib ki, sülhməramlıların bölgədən çıxarılmasıonların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətiniddialarını da boşa çıxardı:

“Rusiya sülhməramlıları bölgəyə gəlişindən sorna bəzi radikalmüxalifətçilər, antimilli qüvvələr iddia edirdi ki, guya bu, yanlışaddımdır və bundan sonra onları Azərbaycan ərazisindən çıxarmaqmümkün olmayacaq. Ancaq bu gün baş verən olaylar bir daha sübutedir ki, Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanıölkəmizin maraqlarını ən yüksək səviyyədə qorumağa qadirdir və bucür tənqidlər qərəzdən başqa bir şey deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla