AZ

Fatmayıda evdən 8 min manat və 8 min manatlıq qızıl oğurlanıb

Fatmayı qəsəbəsində oğurluq olub.

 

DİN-dən verilən məlumata görə, Fatmayı qəsəbəsində evlərin birindən 8000 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən İlkin Həşimov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Tarix: 18 Aprel 2024, 10:43   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
15
pravda.az

10Mənbələr