AZ

Rusiyada avtonom döyüş maşınları təqdim edildi

Rusiya Müdafiə Sənayesi tərəfindən hazırlanmış pilotsuz avtonom hərbi və logistika vasitələri təqdim edilib.
Hafta.az-ın yazdığına görə, Müdafiə Sənayesi tərəfindən müdafiə naziri Sergey Şoyquya təqdim edilən döyüş robotlarının şiddətli qarşıdurmaların baş verdiyi xüsusi əməliyyatlar zonasında sürətlə yerləşdirilməsi planlaşdırılır.
Rusiyanın müdafiə naziri Şoyqu avtonom pilotsuz texnikanın ən qısa zamanda tamamlanaraq döyüş bölgəsinə çatdırılması barədə göstəriş verib. Prezident Vladimir Putin daha əvvəl vurğulamışdı ki, perspektivli silah növləri, o cümlədən döyüş robotları və süni intellektə əsaslanan silahlar istehsal etmək vacibdir.
Şoyquya 30-dan çox perspektivli silah, o cümlədən döyüş robotları təqdim edilib.
Rusiyalı nazir tibbi robot kompleksinə böyük tələbat olduğunu bildirərək, onun tezliklə başa çatdırılması və kütləvi istehsalına başlanılması barədə göstəriş verib. Nazir atəş dəstəyi robotunun hücum əməliyyatlarında istifadə üçün pulemyotla təchiz edilməsi barədə göstəriş verib. O, həmçinin robot-nəqliyyat platformalarının istehsalını və qoşunlara tədarükünü artırmağı tələb edib.
İlk 30 nümunə may ayının sonunadək qoşunlara təhvil veriləcək.
Rusiya ordusu Ukrayna və Donbasdakı hərbi əməliyyatlarda müxtəlif robot, süni intellekt dəstəkli avtonom avtomobillər və silahlardan istifadə edildiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
6
Mənbələr
Şərh ()
Bağla