AZ

“Bir ömrün naxışları”

Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının dekora­tiv-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyi münasibətilə “Bir ömrün naxışları” adlı sərgi təşkil edilib.
Muzeydən bildirilib ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Mu­zeyinin birgə sərgisində xalça sənətin­də öz dəst-xətti, fərqli yanaşma tərzi ilə seçilən sənətkarın müəllifi olduğu 40-dək əsər yer alıb. Onların sırasında milli adət-ənənələrdən, nağıl və əsatirlərdən, türkçülük ideyalarından bəhrələnərək yaradılan orijinal kompozisiyalı “Oğuz onqonları”, “Oğuz damğaları”, “Qızıl ba­lığın nağılı”, “Dür at”, “Qurbanlıq qoç”, “Ağaclı”, “Simurq quşu”, “Novruz fəlsəfə­si”, həmçinin vətənə sonsuz məhəbbəti, doğulub, boya-başa çatdığı Abşeron tor­pağına, onun təkrarolunmaz ab-hava­sına bağlılığı tərənnüm edən “Azərbay­can”, “Naxçıvan”, “Şirvan”, “Əncir ağacı”, “Faytonçu”, “Neft səltənəti” kimi xovsuz və xovlu xalçalar yer alacaq.
Görkəmli rəssam, böyük alim Lətif Kə­rimov məktəbinin davamçılarından sayı­lan Aydın Rəcəbov əsərlərində türk-oğuz ornamental motivlərindən geniş istifadə edərək ənənə və müasirliyin mükəmməl vəhdətinə nail olub. Onun yaratdığı bəzi süjetli xalçalarda orta əsr miniatür sənə­timizin təsirlərini də görmək mümkündür. Xalq rəssamının mükəmməl kompozisiya quruluşu, uğurlu rəng həlli, yüksək texni­ki göstəriciləri, həndəsi stilizasiyası ilə seçilən xalçaları Azərbaycanın və xarici ölkələrin muzeylərində, qalereyalarında qorunub saxlanılır.
Milli xalça sənətimizin bütün incəliklə­rindən bəhrələnən çoxşaxəli yaradıcılığa malik Aydın Rəcəbovun yubiley sərgisi aprelin 30-dək davam edəcək.
AYTƏN XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
6
Mənbələr
Şərh ()
Bağla