AZ

Sülhməramlılar Qarabağdan çıxır – Paytaxt bu şəhərə köçürülür?

Sülhməramlılar Qarabağdan çıxır – Paytaxt bu şəhərə köçürülür?

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti Azərbaycanı tərk edir. Bu, Qarabağdan, xüsusən Xankəndidən sonuncu yad qüvvələrin də çıxarılması deməkdir.

Xankəndi Şuşaya yaxın olması və tarixi əhəmiyyəti baxımdan Azərbaycan üçün mühüm önəm daşıyır. Hətta zaman-zaman paytaxtın bu şəhərə köçürülməsi də gündəmə gəlib. Lakin müxtəlif səbəblər, o cümlədən sülhməramlıların ərazidə mövcudluğu, ermənilərin qayıtması ehtimalına görə bu versiya arxa plana atılırdı. Sülhməramlıların Azərbaycanı tərk etdiyini nəzərə alsaq, yaxın illərdə paytaxtın Xankəndiyə köçürülməsi mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi prosesi yenicə başlayıb:

"Düzdür, Bakı həddindən artıq yüklənib, amma Xankəndinin paytaxta çevrilməsi ilə bağlı fikirlərin gündəmə gəlməsi üçün tezdir. Bununla bağlı bir sıra faktorları saymaq olar. Xüsusən bu şəhərin yerləşdiyi coğrafi mövqe, burada daha əvvəl baş verən proseslər onun paytaxt olması ehtimalını azaldır. Doğrudur, Xankəndi daha da gözəlləşəcək, yenilənib inkişaf edəcək, amma paytaxtın sözügedən şəhərə köçürüləcəyini düşünmürəm".

Faiq Ələkbərli xatırladıb ki, Ağdam şəhərinin paytaxta çevrilməsi istiqamətində ictimaiyyətdə müzakirələr gedir:

"Bir çox ölkələrdə strateji əhəmiyyətli mərkəzi şəhərlər yer dəyişə bilməz. Məsələn, Türkiyədə İstanbul, Ankara, Qazaxıstanda Almatı, Astana, Azərbaycanda Bakı və s.

Gələcəkdə Ağdamın paytaxt olması daha realdır. Ağdam siyasi və coğrafi anlamda böyük üstünlüyə malikdir. Xüsusilə Güney Azərbaycana yaxın olması, gələcəkdə oradakı azərbaycanlıların gediş-gəlişi üçün əlverişli mövqedə yerləşməsi bu şəhəri bir qədər önə çıxarır. Həmçinin bildiyiniz kimi, Ağdam mühüm ticarət mərkəzi olub. Yəni Ağdamın qaynar mühitə malik olmaq ənənəsi var. Bu baxımdan, fikrimcə, paytaxt olmağa daha uyğundur".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23144
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12669
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
8712
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5563
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5441
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3949
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3611
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3528
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3307
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3190
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2954
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2699
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2555
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2465
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2142